Modern.az

Xəbər portalının rəhbərinə EDAM CƏZASI kəsildi

Xəbər portalının rəhbərinə EDAM CƏZASI kəsildi

30 İyun 2020, 17:38

İranda xarici kəşfiyyatla işbirliyində ittiham edilən “Amad News” xəbər portalının rəhbəri Ruholla Zama ölüm cəzası kəsilib.

Modern.az xəbər verir ki, “Tehran Times”ın yazdığına görə, İranın Ali məhkəməsinin rəsmi nümayəndəsi Q. H. İsmaili bu qərarın qəti olmadığını və hökmə qarşı şikayətin verilməsinin mümkünlüyünü bildirib.        
 

Ruholla Zam antiinqilabi fəaliyyətinə görə İslam İnqilabı Keşikçiləri Korpusu qüvvələri tərəfindən ötən ilin oktyabrında saxlanılıb.

O, hökumət əleyhinə fəaliyyətdə və ABŞ, İsrail və Fransa kəşfiyyatları ilə əməkdaşlıqda şübhəli bilinir.
       

R.Zam öz saytında 2017-2018-ci illərdə İranda baş qaldırmış etiraz aksiyalarını da aktiv şəkildə işıqlandırıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir