Avropa İttifaqı iyulun 1-dən etibarən 14 ölkə ilə sərhədlərin açılması prosesinə başlayacaq.
Modern.az xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının bəyanatında bildirilib.
Həmin ölkələrin siyahısına Əlcəzair, Avstraliya, Kanada, Gürcüstan, Monteneqro, Mərakeş, Yeni Zelandiya, Ruanda, Serbiya, Cənubi Koreya, Tailand, Tunis və Uruqvay daxildir.
Sənəddə qeyd olunur ki, Çin Avropa İttifaqı vətəndaşları üçün sərhədləri açacağı təqdirdə bu siyahıya daxil ediləcək.
Rusiya və ABŞ-la sərhədlərin açılması məsələsi hələlik gündəmdə deyil.