Azərbaycanda son 24 saatda koronavirusla bağlı daha 6 645 nəfər test edilib.
TƏBİB-dən Modern.az-a verilən məlumata görə, indiyədək ölkədə 482 170 nəfər koronavirusa qarşı test edilib.
Ölkədə 556 yeni yoluxma, 7 ölüm qeydə alınıb.
Qeyd edək ki, indiyədək ölkəmizdə 17 524 nəfər virusa yoluxub, 213 nəfər ölüb, 9 715 nəfər isə sağalıb. Hazırda müalicəsi davam edən xəstələrin sayı 7 596 nəfərdir.
Məlumata görə, hazırda reanimasiyada 182 nəfər müalicə alır, 37 nəfər isə süni tənəffüs cihazına qoşulub.