Modern.az

Dünyanın son koronavirus STATİSTİKASI: 174 min yeni yoluxma

Dünyanın son koronavirus STATİSTİKASI: 174 min yeni yoluxma

Dünya

1 İyul 2020, 11:10

Son sutka ərzində dünyada 174 264 nəfər koronavirusa yoluxub.

Modern.az xarici mətbuata istinadən xəbər verir ki, ABŞ, Braziliya və Hindistan yoluxma hallarının artımına görə ön sıradadır. Hazırda dünyada 10 595 890 nəfər virusa yoluxub, 515 254 nəfər ölüb, 5 864 449 nəfər isə sağalıb.

 

Afrika qitəsində hazırda COVID-19-a yoluxanların sayı 400 mini keçib ki, onun da 150 mini Cənubi Afrika Respublikasının payına düşür.

Hazırda ABŞ-da koronavirusa 2 727 853 (son suykada 42  042 yoluxma), Braziliyada 1 408 485 (son sutkada 37 997 yoluxma) və Hindistanda isə 585 792 nəfər (son sutkada 18 256) yoluxma qeydə alınıb.   

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır