Modern.az

Bu ildən orta məktəb məzunlarına qızıl və gümüş medallar veriləcək

Bu ildən orta məktəb məzunlarına qızıl və gümüş medallar veriləcək

15 Yanvar 2010, 10:53

Bu ildən orta məktəbləri əla qiymətlərlə bitirən məzunlara qızıl və gümüş medallar veriləcək. Modern.az xəbər verir ki, Nazirlər Kabinetinin qərar ilə  “Ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunların qızıl və ya gümüş medalla təltif olunma Qaydası" təsdiqlənib.

“Ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunların qızıl və ya gümüş medalla təltif olunma  Qaydası” "Təhsil haqqında" Azərbaycan Respublikası Qanununun 19.8-ci maddəsinə uyğun hazırlanıb.
Qaydalara əsasən, ümumtəhsil məktəbində təhsil aldığı müddətdə təhsildə xüsusi nəticələri ilə bərabər nümunəvi davranışı ilə fərqlənən tam orta təhsil səviyyəsinin məzunlarının namizədliyi qızıl və ya gümüş medalla təltif olunmaq üçün təqdim ediləcək. Respublika fənn olimpiadalarının yekun mərhələsində, rayon (şəhər), ölkə və beynəlxalq səviyyəli bilik yarışlarında, müsabiqə və layihələrdə mükafata layiq görülmə də təhsilalanın qızıl və ya gümüş medalla təltifi üçün namizədliyinin verilməsi zamanı nəzərə alınazaq.
Təhsilalanların qızıl və ya gümüş medalla təltifi üçün namizədliyinin verilməsi məsələsinə sinif rəhbərinin təqdimatı əsasında məktəbin pedaqoji şurasında baxılacaq və müvafiq qərar qəbul ediləcək.     
Aşağıdakı təhsilalanların qızıl və ya gümüş medalla təltifi üçün namizədliyi verilə bilər:

Ümumi orta təhsil səviyyəsini 75 faiz "əla" qiymətlərlə bitirənlər;
Tam orta təhsil səviyyəsində oxuduğu müddətdə fənlər üzrə cari qiymətlərinin ən azı 75 faizi "əla" olanlar;     

Bütün fənlərdən illik qiymətləri "əla" olanlar.                      

Təhsilalanların qızıl və ya gümüş medalla təltifi üçün namizəd-liyinin verilməsi barədə pedaqoji şuranın qərarı və həmin təhsilalanların fərdi siyahısı Azərbaycan Respublikası Təhsil Nazirliyinin müəyyən etdiyi formada hər il mayın 20-dən gec olmayaraq, yerli təhsili idarəetmə orqanları tərəfindən Azərbaycan Respublikasının Təhsil Nazirliyinə təqdim edilməlidir.            

Qızıl və ya gümüş medalla təltifi üçün namizədliyi verilən təhsilalanlardan attestata yazılan yekun qiymətləri yalnız "əla" olanlar qızıl medala, attestata yazılan yekun qiymətlərindən ən çoxu ikisi "yaxşı" (tədris dili və riyaziyyat istisna edilməklə) olanlar isə gümüş medala layiq görüləcəklər.             

Məzunların qızıl və ya gümüş medalla təltifi Azərbaycan Respublikası Təhsil Nazirliyinin əmri ilə  rəsmiləşdiriləcək.                                  

Qızıl və ya gümüş medala layiq görülmüş təhsilalanların adları oxuduqları məktəbin "Şərəf kitabı"na yazılacaq.

Qızıl və ya gümüş medal təntənəli şəraitdə təqdim ediləcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu