Modern.az

Putin referendumda səs verdi

Putin referendumda səs verdi

1 İyul 2020, 12:11

Rusiya prezidenti Vladimir Putin Konstitusiyaya dəyişikliklərlə bağlı keçirilən referendumda səs verib. Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, o, səsini Moskvanın Lenin prospektində yerləşən Rusiya Elmlər Akademiyasının binasında verib.

 

Burada yaradılmış 2151 nömərli seçki məntəqəsi Putin tərəfindən prezident və parlament seçkilərində də ənənəvi səsvermə yeri hesab olunur.

 

İyulun 1-i Rusiyada Konstitusiyaya dəyişikliklərlə bağlı səsvermə üçün keçirilən sonuncu gündür. Əksər ekspertlər referendumun məqsədinin 2036-cı ilə qədər Putinin hakimiyyətdə qalmasını təmin etmək olduğunu bildirir.

  

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər