Modern.az

Rusiyada koronavirusa yoluxanların sayı 650 mini KEÇDİ

Rusiyada koronavirusa yoluxanların sayı 650 mini KEÇDİ

Dünya

1 İyul 2020, 13:10

Rusiyada ötən sutka daha 6 556 nəfərdə koronavirus aşkarlanıb, 216 nəfər virusun qurbanı olub.

Modern.az xəbər verir ki, bununla da ölkədə infeksiyaya yoluxanların sayı 654 405-ə, ölənlərin sayı isə 9500-ə yüksəlib.

 

Bu günə kimi Rusiyada koronaviruslu xəstələrdən 422 342 nəfəri sağalıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxma sayına görə dünyada ABŞ və Braziliyadan sonra üçüncü yerdə qərarlaşıb.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır