Modern.az

Ankara, Moskva və Tehran ABŞ-a qarşı bəyanat QƏBUL ETDİ

Ankara, Moskva və Tehran ABŞ-a qarşı bəyanat QƏBUL ETDİ

1 İyul 2020, 16:49

Bu gün Rusiya, Türkiyə və İran prezidentləri arasında “Astana üçlüyü” formatında keçirilən videokonfransda yeni qərarlar qəbul olunub.

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Vladimir Putin, Həsən Ruhani və Rəcəb Tayyip Ərdoğan ABŞ-ın Qolan təpəliklərini İsrail ərazisi kimi tanımasını pisləyən bəyanat qəbul ediblər. Bundan başqa, İsrailin Suriyanın sərhədlərini pozaraq tez-tez hərbi obyektlərə zərbələr endirməsi də pislənilib. 

Vladimir Putin ilk fürsətdə Tehrana səfər edəcəyini də açıqlayıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?