Modern.az

Uzaqlardan gələn soraq

Uzaqlardan gələn soraq

Ədəbi̇yyat

1 İyul 2020, 17:48

Gülnarə Acalova 1967-ci ildə Gürcüstan Respublikasının Borçalı mahalında doğulub. Rayon mərkəzində orta məktəbi, Tiflisdə isə A.S.Puşkin adına Dövlət Pedaqoji İnstitutunun Filologia fakültəsini bitirəndən sonra ailə vəziyyəti ilə bağlı Rusiya Federativ Respublikasının Belqorod şəhərinə köçüb. Elə o vaxtdan da qürbət eldə yaşayır.

Gülnarə xanımın "Nar Çiçəyi” imzasıyla həm Azərbaycan, həm də rus dillərində yazdığı şeir və esseləri müxtəlif ölkələrdə, o cümlədən respublikamızda vaxtaşırı işıq üzü görməkdədir. O, yaşadığı şəhərdə Azərbaycan icmasının ən fəal üzvlərindən biridir. 
Gülnarə xanım AYB-nin Mingəçevir bölməsində təmsil olunan yerli yazarlarla mütamadi olaraq əməkdaşlıq edir.

 

ESSELƏR


Tənhalıq himni...

   
Yenə də gecə qara kəlağayını göylərin üzünə çəkib, qara köhlən atini minərək hökümranlıqını edəcək. Yenə də onun zülmətə bürünmüş dünyasının uxtiyarsız qonağı mən olacağam. Yenə də bağır çartladan sakitliyin səsini eşidəcəyəm ...
Düşünə blərsiniz : "Sakitliyin də səsi olur ki?"  Bəli, bəli olur. O Səs Tənhalığın səsidi. Artıq uzun zamandır ki, havasına oynamaq istəmədiyim, səsinə səs verıb zümzümə etmək arzusunda omadığım, təbiətimə, ruhuma yad olan o Səs oynadır da, oxudur da məni.
Onun rəqsı isti yatağıma dolmuş qorun içində ürəymi donduran şaxtaya, nəğməsi qöz yaşlarımla islanan bir ağız ağıya bənzəyir. Bu səs quşların səhər müjdəsinin xəbərinə kimi varlığima hakim olub, məni oz tilsımınə tabe edir.
Dan yeri sökülür ... Nurlu sabahın gəlişi ilə səslər-səslərə qarışsa da sakitlikdən gələn o vahiməli "səs" qulağımdan getmir.  Bəzən mənə elə gəlir ki, o Səs mənim içimdən gəlir, susdurmaq istəsəm də kəsilməyən bir Səs...Tənha adına layiq görülmüş bir Qəlbin, Tənhalıq Himni...
Və hardasa çox uzaqlardan gecənin səssiz "Səsini" boğmağa çalışan bir nəğmə eşidilir...


Gecə necə uzun, necə amansız,
Yuxmu əlimdən alıb aparır.
Dindirib qəlbimi tarsız -kamansız,
Könlümü kəməndə salıb aparır.


Uzaqdı könlümün, yuxumun yolu,
Qonağın olmaq istərdim bu gecə.
Qəlbim sozlə dolu, arzuyla dolu,
Yanında qalmaq istərdim bu gecə.


Ay oluban pəncərəndən baxaydım,
Körpə təbəsümü qonmuş simana.
Ulduzlardan sənə çələng taxaydım,
Uçuraydım özümlə asimana.


Qoruyaydım səni kədərdən-qəmdən,
Qovaydım könlündə yurd salmış qışı.
Siləydim bulur tək incə qəlbindən,
“Şaxta” adlı rəssam çəkən naxışı.


Yəgin ki, yatırsan sirindi yuxun,
Kaş yuxularına qonaq olaydım.
Sığal çəkib ağ, ipək saçlarına,
Sakit, həzin -həzin layla çalaydım.


Gecə necə uzun, necə amansız,
Yuxumu əlimdən alıb aparır.
Subhə təhvil verib uzgün qəlbimi,
Şirin xəyalardan zorla qoparır.
Gecə tar-kamansız dindirir məni,
Sənsizlik oduna yandırır məni...

 
***

Yaşamağa tələsirdin, bəs nədən gecikdin...

 
Bir gün yenə də Günəş gərdəyin arxasından utancaq -utancaq boylanan gəlin kimi Gecənin qaranlıqını nuruna tabe edəcək. Dünyanın yaranışından indiyə kimi davam edən bir "tamaşanı" yenə də oynayacaq.  Ayla Günəşin gizlənpac oyunu ...
Yenə bir bahar gələcək, sənsiz bahar.  Sənin sevdiyin güllərin ətri indi başqalarını bihuş edəcək. Oyanmış təbiətin bayram libası başqalarının gözlərini oxşayacaq. Sən... olmayacaqsan...
  Yolun düsəndə vücuduna sərinlik gətirən bulağın göz yaşı kimi dup-duru, dişgöynədən suyu da başqalarının ruhuna rahatlıq gətirəcək. Görüşə hazirlaşan qızlar kimi uzun saçlarını toküb, küləyi ozünə daraq, sakit-sakit axan çayın əksini güzgü edən söyüd indi başqa birisini gözəlliyinə məftun edəcək.
      Bir zamanlar gəlişinə sevinən, sarı-qırmızı yarpaqlardan ayaqlarinin altına xalı döşəyən meşə sənsizləyəcəkmi görəsən? Ürəyini üzən, varlığını əzən dərdlərinin acısından suyu bulanan yeganə sirdaşın "Vezyolka " çayı, sirdaşının yolunu gözləyəcəkmi? Budaqlardan qopub torpağı qucan yarpaqların son "ah"ını eşidən olacaqmı görəsən? Yəgin ki, yox...
    Sən isə... Sən isə həyatın qanununa tabe olacaqsan... Olmayacaqsan...
Nə olacaq sənə Cahanın payı? Məzarının üstunə sərdiyi buz kimi soyuq, lakin qəlbin kimi pak qar örpəyimi? Yoxsa, ömrün boyu arzuladığın dinclikmi? Nə?..
Necə də qısa yuxu oldu ömrün, yaşamağa tələsdin, bəs nədən gecikdin?..


***

Göyrüş çiçəyi

   
(Xatirə dəftərindən )

Sakit, sərin payız axşamı idi. Yavaş-yavaş göyün üzü qaralırdı. Mən şərin qarışmasını heç sevmirəm, nədənsə günün bu saatları ürəyimə tənhalıq, kövrəklik, həyəcan gətirir.
Bu gün də son beş ayda keçən əzablı günlərimin təkrarı idi. Evdə məndən və xəstə anamdan başqa heç kəs yox idi. Gah yuxulayan, gah da oyanan anamın gündən-günə halsızlaşması məni üzür, həyatın verdiyi sınaqların qarşısında nə qədər aciz olduğumun əzabını yasadırdı. Çarəsizlikdən ürəyim sıxılır, divarlar sanki üstümə gəlirdi. Bu axşam yaman kövrəlmişdim.  Qəhər ilan təki boğazıma dolanıb məni  boğur,  özümü uzaq və adsız bir adanın kimsəsiz sakini kimi ümidsiz və tənha sanırdım. Deyirlər şər vaxtı ağlamazlar, ancaq mən gözlərimə qara bulud kimi yığılmış yaş selinin qarşısını ala bilməyəcəyimi duyduğumdan şüşəbəndə çıxdım. Neçə vaxtdan bəri idi ki, balalarımı görmürdüm. Tez-tez zəngləşsək də hər dəfə vidalaşan zaman gözlərimin yaşı leysan olub özünə arx eləmiş yolla ürəyimə axırdı.  Anamın yanında ağlamağı özümə günah sanırdım. Çünki o mənim kövrəldiyimi belə düysa özünü günahkar bilərdi. Mən xəstə anamı qoyub gedə bilmədiyimdən çəkdiyim mənəvi üzüntülərə onu da düçar eləmək istəmirdim. Onsuz da səhhəti gündən-genə ağırlaşır, gözümün önündə payız yarpağı kimi saralıb-solurdu. Bütün varlığımla baş verənləri qəbul eləmək istəməsəm də fələyin hökmü ilə razılaşmaq məcburiyyətində idim. Qaranlıq aynabənddə göz yaşlarımın ixtiyarına təslim olmuşdum. Elə bil bu duzlu damcılar çiyinlərimdə duz yüküydü, ağladıqca yükümün yüngülləşəcəyinə ümid edirdim...
     
Məni ozümün-özümlə təkliyimdən səssizdə olan telefonumun işığı ayırdı. Gözümün yaşını tələsik silərək telefonu açdım.
   -Alo , axşamın xeyir, necəsən? Bibim necədir?
   -Sağ ol, həmişəki kimi…
   -Ağlayırsan? Nəsə olub?
   -Yox-yox, ağlamıram, hər şey qaydasındadır.
   -Gəlirəm, bir azdan sizdə olacam. Sənə bir şey gətirirəm.
   -Nə?
Sualım cavabsız qaldi ... Nə ola bilərdi Aslanın mənə təcili çatdırmaq istədiyi, anlamadım. Vanna otağına keçib üzümə su vurdum. Basımı qaldıranda baxışlarım güzgüdə qızarmış gözlərimin yorğun, kədərlı baxışlarıyla üz-üzə gəldi. Nə yaman çox dəyişmişdim bu az bir müddətdə, başqalaşmışdım. Sanki güzgüdən mənə baxan gözlər mənim deyildilər…
    Səs salmamaq üçün astaca, barmaqlarımın ucunda anam yatan otağa yaxınlaşdım. O vurulan iynənin təsirindən rahatlaşıb yuxuya getmişdi. Qayıdıb mətbəxə keçdim, çaydanı qaz peçinin üstünə qoymuşdum ki, yenə telefonun işığı göründü .
    -Aç qapını, zəngi basmayım!.
Gələn Aslan idi. O çox şən idi, elə bil mənə nəsə bir xeyir xəbər deyəcəkdi.
   -Axşamın xeyir, bibim yatırmı?-deyə pıçıldadı.
   -Yatır -dedim .
Aslan dəhlizin zəyif işığında mənim baxışlarımı tutmağa çalışır, mən isə ağlamaqdan şişmiş gözlərimi onun baxışlarından qaçırırdım. O əlini qoyun cibinə salib, nəyisə ehtiyatla çıxardı .
   -Ay Gülüm, gör sənə nə gətirmişəm-deyib ovcunda gizlədiyini mənə uzatdı. Mən qeyri-ixtiyari boyük bir maraq hissiylə onun ovcuna baxdım. Aslanın ovcunda qızılı rəngdə çox balaca akvarium balığı var idi. Bir anda balıq hərəkətə gəldi, mən geri atıldım .
   -Balıq! Hardandı? Susuz necə gətirmisən? -deyə həyacanla pıçıldadım.
Aslan gülürdü. O mənim üzümdəki təəccüb ifadəsinə gülürdü. Onun qolundan tutub mətbəxə apardım. Yox, demək olar ki qaçırdım. Gur işığın altında Aslanın ovcundakı «balığın» göyrüş çiçəyi olduğunu gördüm. Aslan bir də astaca üfürdü, quru göyrüş çiçəyi diri balıq kimi onun ovcunda çırpınmağa başladı.
     Bir-birimizə baxıb uşaq kimi gülürdük. Cansız göyrüş çiçəyi o axşam çoxdan kədər duvağı altinda gizlənmiş sevincimi baxışlarıma,  xoşbəxtlik hissini qəlbimə qaytarmışdı. Sanki Aslanın da gözlərinə mənim gözlərimdən sevinc payı düşmüşdü. Çiçəyi mənim ovcuma qoyub: «İtirmə»-dedi...

     Biz ən çox arzuladıqları payın sahibi olan usaqlar kimi sevinirdik. O, mənə bir anlıq da olsa sevinc bağışlaya bildiyinə görə, mən də yad olduğu qədər doğma bir insanın mənə əvəzsiz anları yaşatmaq həvəsinə görə Yaradana minnətdar idik...
     İndi mən göyrüş ağacının altına səpələnmiş «qızılı balıq»lardan birini ovcumda tutub həmin anın yasantılarını xatırlayıram...
    Bəzən insana sual verirlər: «Həyatınızın ən xoşbəxt anını xatırlaya bilərsinizmi?”  Mənə bu sualı verən olsa düşünmədən deyərdim: «Mənə Göyrüş Çiçəyi bağışlanan an xoşbəxt anlarımdan ən gözəli olub!..»
    İllər ötəcək... Göyrüş çiçəkləri bir-birini əvəz edəcək. Bəlkə bir gün bizim nəvələrimizin ilk görüş yeri olacaq Göyrüş ağacının kolgəsi ... Ya qismət...

 
***

Ömürdən bir an ...

   
Deyirlər insan həyatı anlardan ibarətdir. Gerirə qayıtmayan anlardan. Bu anlar olmasa həyatın mənası olardımı heç? Zaman keçdikcə xatirəyə dönən anları yada saldıqda onların gerçəkmi, fantaziyamı, yoxsa yaddaşımızdan silinməyən şirin yuxumu olduqunu düşünür və bəzən də buna inanırıq. Bəlkə insan həyatının hansısa nağıla bənzər bir bölümünü ozü-ozünə qısqandığından doğur bu yanıltmaclar? Bəs yeri göyə yaxınlaşdıran bir duyğunu yaşayan zaman onun bir də təkrarlanmayacağını düşünmək günah olmazmı? Belədirsə mən niyə bu qədər günaha batıram?
     Hec bəxtəvərlikdən kövrələn, gözlərinin yaşında boğulan görmüsünüzmü?
Bir belə özünə qəsd edən insan olurmu ki, balı zəhərsiz yeyə bilməsin? Bəli, o gün indi yazdıqlarımı yaşayırdım gölün kənarında. Üzük qaşı kimi meşənin ortasında yerləşən gölün qonağı olmuşdum. İlər öncə, məktəblı olanda da ailəmizlə gəlmişdim bura. Onda gövdəsinə sökəndiyim bu ağacın kolgəsi məni özümdən gizlədə blməzdi. Bir də ki, onda ozüm-ozümdən küsməmişdim hələ...
    Qəribə hisslər yasayırdım.  Sevinc, həyacan, rahatlıq qarışıq narahatlıq. Elə bil icimdən gələn, ancaq özüm eşidə bildiyim bir səs mənə: "Son görüşündü gölə, gözlərin doyunca bax, əksini içnə at, xatirələrində yaşat" -deyirdi. Bədənimdən üşütmə keçdi, dərindən kös ötürdüm. Coxlu ağamış körpələr kimi nəfəsim də sinədən qirila-qırıla gəldi .
     - Gəl gör burda kim var?  Aslanın səsi məni elə bil yuxudan oyatdı. O, az qala gölə girəcəkmiş kimi əyilib elə böyuk məhəbbətlə nəyəsə baxırdı ki, məni da maraq tutdu. Gölə yaxınlaşanda iki qurbağanın üz-üzə durub bir -birinə baxdıqlarıını gördüm. Heç yerlərindən tərpənmirdilər. Elə bil donmuşdular. Biz də bir-birimizə baxdıq və hundurdən güldük. Nəyə güldüyümün səbəbini heç özüm də bilmirdim. Bəlkə qurbağaları özümüzə bəzətdiyim uçun, blmirəm.
    - Gedək bir qismət yemək yeyək -deyib Aslan əlimdən tutdu və qaça-qaça gölün üstündəki kababxanaya doğru yönəldik. Qaçırdıqmı onda, ya uçurduqmu, bilmirəm? Ancaq elə bil uçaq idik, illərin sığali nə ağarmış saçlarımıza, nə də dibinə kədər çökmüş gözlərimizə çəkilməmişdi.
    Diqqətimi gənc gürcü qızı çəkdi, gözlərindən həyat eşqi yağırdi bu gözəlin. Doğru deyirlər ki, cavanlıq gözəllikdi... Birazdan o gözəl bizim oturduğumuz masaya yaxınlaşıb gürcü dilində nə sifariş etmək istədiyimizi soruşdu. Öz dilindən başqa dildə danışa bilmədiyini anlatdi. Onun dilində danışdığımı görüb sevindi.
Sifarişimizi qəbul edib gah mənə, gah Aslana baxıb gülümsədi.
   -Bizim mahnılar xoşunuza gəlirmi -deyib əda ilə boynunu əydi. Mən onun dediklərini Aslana tərcümə etdim. Aslan öz dilimizdə qıza: "Musiqinin dili, milləti olmur, gözəl."- desə də, qiz elə bil tərcüməsiz anlamış kimi razılıq əlaməti olaraq başını oynatdi.
    Aslan mənə baxıb gülümsəyirdi, mən də ona baxırdım, amma həmin an elə bil boğazıma qəhər kəndiri salıb boğacaqdı. Bu məqamda bir melodiya səsləndi, ən çox sevdiyim gürcü mahnısı. “Ramdeni malodine” (Nə zamandı səni gözləyirdim) Musiqinin məni tutduğunu görüb Aslan işarə ilə bildirdi ki, səsini qaldır. Mahnının səsinə sanki məşədəki quşlar da səs verir, ağacların yarpaqları da bu musiqinin ritmində tərpənirdilər. Qeyri ixtiyari yerimdən qalxıb Aslana yaxınlaşdım, o da durdu, qollarımı boynuna dolayıb onun gülümsər baxışlı gözlərinə baxaraq astadan oxumaqa başladım.
     Biz rəqs edirdik … elə bil biz tərpənmirdik, torpaq idi ayaqlarımızın altinda tərpənən, elə bil meşə idi başımıza fırlanan. elə bil gölün şəffaf suyu idi əksi gözlərimizə çökən. Baxışlarımız bir-birinə ilişib qalmışdı, səslənən musiqinin hər şözü sanki bu lal baxışlarımızdan oxunurdu. İlahı necə də xoşbəxt idim o an, xoşbəxt olduğum qədər də bədbəxt…
Manhnı bitdi. Biz bayaq göldə bir-birinə baxan qurbağalar kimi donub qalmışdiq. Mənim qolların onun boynunda, onun baxışlari isə mənin baxışlarımda ...

 

***

Yuxuya bənzər gerçəklık, ya...


Görəsən gerçəklk yuxdumu? Yoxsa, yuxu gerçəlikdmi? Görəsən insanlar niyə sadə, axarıyla gedən həyat yolunda eniş, yoxuş, çınqıllıq,tikanlıq arayıb bir yuxu omürlərini mürəkəbləşdirirər? Görəsən niyə gerçəklikdə əlçatmaz xəyal sandıqları "nağılı" yuxuda elə gerək nağıl kimi yaşayırlar? Görəsən... görəsən...
Suallar gölündə burulğana düşmüş saman çöpü qədər aciz olarmış insan övladı cavabsız tərəddüdlər qarşısında.
   Bilmədim yuxuydumu,  ya gerçək, amma nağılabənzər bir yaşantıydı gördüyüm.
Sonu ağ papaqlı uca dağların ətəyinə qovuşan bir cığırın yorulub əldən düşmüş tənha musafiri idim. Mən dağlara yaxınlaşdıqca sanki onlar məndən uzaqaşırdılar. Heç bilmədim Günəş necə məndən gizləndi, hava necə qaraldı. Başımı qaldıranda azaciq aralıda, dağın ətəyində balaca bir koma göründü. Komaya yaxınlaşdım. Səliqə-səhmanlı həyət-bacanın düz ortasında, şaxlı-şəvəlli tut ağacınin kölgsində qoyulan taxtın üstundə ağbircək bir qarı çay dəsgahı qurub mehriban-mehriban bir az aralıda samavara köz atan, başı elə dağların qarı kimi dümmaq ağarımş qocasına baxıb astadan zümzümə eləyirdi.
Qoca : "Yenə alçaqdan oturmusan Gülüm, qalxa bılməyəcəksən"-deyə qarısına yaxınlaşıb əllərini onun solğun yanağına yaxınlaşdirdı. Qarı: "Sən ki, varsan-səni verənə şükür-durğuzarsan "-deyib illərlə vərdiş elədiyi bir ədayla uzunu qocasının ovcunda gizədirmiş kimi onun ələrini yanaqlarına sıxıb öpdü.
Kim idi bu qocalar? Niyə bu qədər doğma və yaxın gəlirdilər mənə? Səsləri, söhbərəri, hətta sanki qarının züzümə elədiyi havaya rəqs edən samavarın tüstüsü belə mənə kimisə. nəyisə xatırladırdı...
 Görəsən yuxuydu, ya gerçək? Bəlkə... həyat gerçəkliynin sonuydu yuxuda, bəlkə yaşadığım həyat elə yuxudu  idi, hə?..

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Rusiyanın Ermənistandakı bazasına hücum edildi