Modern.az

Süni tənəffüs cihazına qoşulan COVİD-19 xəstələrinin sayı artdı - STATİSTİKA

Süni tənəffüs cihazına qoşulan COVİD-19 xəstələrinin sayı artdı - STATİSTİKA

1 İyul 2020, 22:25

Azərbaycanda son 24 saatda koronavirusla bağlı daha 6 682 nəfər test edilib.

 

TƏBİB-dən Modern.az-a verilən məlumata görə, indiyədək  ölkədə 488 852 nəfər koronavirusa qarşı test edilib.

 

Ölkədə 588 yeni yoluxma, 7 ölüm qeydə alınıb.

 

Qeyd edək ki, indiyədək ölkəmizdə 18 112  nəfər virusa yoluxub, 220 nəfər  ölüb, 10 061  nəfər isə sağalıb. Hazırda müalicəsi davam edən xəstələrin sayı 7 831 nəfərdir.

Məlumata görə, hazırda reanimasiyada 202 nəfər müalicə alır, 45 nəfər isə süni tənəffüs cihazına qoşulub.

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər