Modern.az

Nazarbayev koronavirusdan sağaldı

Nazarbayev koronavirusdan sağaldı

2 İyul 2020, 13:59

Qazaxıstanın sabiq Prezidenti Nursultan Nazarbayev koronavirusdan sağalıb.

 

Modern.az-ın məlumatına görə, bu barədə sabiq Prezidentin mətbuat katibi öz "Twitter" səhifəsində yazıb.

 

Məlumata əsasən, N.Nazarbayevin təkrar verdiyi test mənfi nəticələnib. Həkimlərin tövsiyəsinə əsasən o, özünütəcrid rejimini davam etdirəcək.

 

Qeyd edək ki, N.Nazarbayev iyunun 18-də koronavirusa yoluxmuşdu. Onun xəstəliyinin simptomsuz keçdiyi məlumat verilmişdi. Bu müddət ərzində o, həkimlərin nəzarətində olub.

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?