Modern.az

TƏBİB-dən AzTV-nin koronavirusdan ölən əməkdaşı ilə bağlı AÇIQLAMA

TƏBİB-dən AzTV-nin koronavirusdan ölən əməkdaşı ilə bağlı AÇIQLAMA

2 İyul 2020, 14:05

Ötən gün sosial şəbəkələrdə koronavirusdan dünyasını dəyişən Azərbaycan Televiziyasının əməkdaşı Samir Nemətzadənin səs yazısı yayılıb.

"Tibbi Ərazi Bölmələtini İdarəetmə Birliyi"nin mətbuat katibi Rəvabə Əliyeva Modern.az-a bildirib ki, Samir Nemətzadə özəl klinikalardan birində müayinə olunduqdan sonra ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə yerləşdirilib:

"Daxil olarkən pasiyentin diaqnozu: kəskin respirator xəstəlik, ağır gedişli, ikitərəfli total pnevmoniya (“buzlu şüşə”), anemiya, splenomeqaliya, kəskin ağciyər ürək çatışmazlığı olub. Xəstəxanaya daxil olarkən reanimasiyaya yerləşdirilən Samir Nemətzadə süni tənəffüs cihazına qoşulub. Lakin göstərilən səylərə baxmayaraq, 40 dəqiqə sonra bioloji ölüm baş verib. Qeyd edildiyi kimi, pasiyent reanimasiya şöbəsinə yerləşdirildiyindən, həmin şöbədə su və sanitar qovşağın mövcud olmaması reanimasiya şöbəsinin şərtlərina uyğundur".

Whatsapp
Bizə yazın!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır