Modern.az

DİN qardaşın qardaşı güllələməsi haqda məlumat yaydı

DİN qardaşın qardaşı güllələməsi haqda məlumat yaydı

2 İyul 2020, 14:10

Daxili İşlər Nazirliyi qardaşın qardaşı güllələməsi hadisəsi barədə məlumat yayıb.

Modern.az xəbər verir ki, Nazirlikdən bildirilib ki, iyulun 1-də saat 7 radələrində Qəbələ rayonunun Vəndam qəsəbəsi ərazisində yerləşən istirahət mərkəzlərinin birində oranın sahibi olan qəsəbə sakini R.Rəhimovun münaqişə zəminində ov tüfəngindən açdığı atəşlə qardaşı Azəri qətlə yetirərək hadisə yerini tərk etməsi barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub.

Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən R.Rəhimov polis əməkdaşları tərəfindən saxlanılmışdır. Ondan müvafiq sənədləri olmayan  “İJ” markalı ov tüfəngi götürülüb.

Qəbələ rayon prokurorluğu tərəfindən araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ŞOK İddia: Göyçə boşaldılır - Kəlbəcərdən ordu girir