Modern.az

“Qarabağ danışıqlarında Paşinyanın nə intellekti, nə iradəsi, nə də istəyi çatır” - Erməni politoloq

“Qarabağ danışıqlarında Paşinyanın nə intellekti, nə iradəsi, nə də istəyi çatır” - Erməni politoloq

Dünya

2 İyul 2020, 14:25

Erməni politoloq David Camalyan baş nazir Nikol Paşinyanı kəskin tənqid edib.

 

Modern.az Ermənistan  KİV-nə istinadən xəbər verir ki, Camalyan Paşinyanın Qarabağ danışıqlarında uğursuzluğa düçar olduğunu əlavə edib.


“Bu gün əminliklə demək olar ki, Qarabağ danışıqlarında Azərbaycana sərf edən vektor üstünlük təşkil edir. Bütün bunlar danışıqlar prosesinə Nikol Paşinyanın qoşulması ilə başladı. Danışıqlar prosesindəki mövqeləri mərhələ-mərhələ itirən Paşinyan real vəziyyəti gizlətməyə və ictimai fikirlə oynamağa başladı”.

 

Camalyan Paşinyanın addımlarına görə, Dağlıq Qarabağdakı qondarma rejimin Azərbaycanlı icması ilə de-fakto bərabər statusa malik hala gəldiyini də qeyd edib.

“Ermənistan Azərbaycan tərəfinə təktərəfli və çoxsaylı güzəştlərə gedib. Əvəzində isə biz heç nə almamışıq. Paşinyan Qarabağı Azərbaycana təhvil verir. Onun addımlarını başqa cür şərh etmək mümkün deyil. Aydın məsələdir ki, Qarabağ danışıqlarında Paşinyanın nə intellekti, nə iradəsi, nə də istəyi çatır”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir