Modern.az

Milli Məclis dinləmələri təxirə saldı

Milli Məclis dinləmələri təxirə saldı

2 İyul 2020, 14:34

Milli Məclisdə qeyri-leqal məşğulluqla bağlı dinləmələrin keçirilməsi təxirə salınıb.

Modern.az-ın məlumatına görə, qeyri-leqal məşğulluqla bağlı dinləmələr Milli Məclisin payız sessiyasında keçiriləcək.

Qeyd edək ki, dinləmələrin keçirilməsi bu ilin iyun ayının sonları üçün nəzərdə tutulmuşdu.

Məlumat üçün bildirək ki, bir müddət əvvəl  Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev saytımıza açıqlamasında bildirib ki, koronavirus pandemiyası bizdə qeyri-leqal məşğulluğun  həddindən artıq çox olduğunu göstərdi:

 “600 min insan yalnız bu işə ayrılıb və yaşayış minimumu məbləğində müavinət üçün müraciət edib. 600 min insanın hamısı qeyri-leqal insan idi. Bunlar leqallaşsaydı, həm dövlət büdcəsinə, həm də sosial sığorta fonduna nə qədər vəsait toplanacaqdı”.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan ağır zərbə: Rusların strateji anbarı belə dağıdıldı