Modern.az

Naftalanda çoxmərtəbəli yaşayış binalarının dam örtükləri təmir olunur - FOTO

Naftalanda çoxmərtəbəli yaşayış binalarının dam örtükləri təmir olunur - FOTO

2 İyul 2020, 14:40

Naftalanda çoxmərtəbəli yaşayış binalarının dam örtüklərində cari təmir işləri aparılır.

 

Modern.az xəbər verir ki, Naftalan şəhəri ərazisində həyata keçirilən genişmiqyaslı abadlıq-quruculuq işlərinin tərkib hissəsi kimi, şəhərdəki çoxmərtəbəli yaşayış binalarının dam örtüklərində cari təmir işlərinə başlanılıb. 

 

Şəhər sakinlərinin müraciətləri əsasında, intensiv yağışlar yağan zaman su sızmalarının qarşısının alınması məqsədilə çoxmənzilli yaşayış binalarının dam örtüklərində zəruri tədbirlər həyata keçirilib. Belə ki, xüsusi qaldırıcı texnika cəlb olunmaqla çoxmərtəbəli yaşayış binalarının dam örtükləri və yağış suları axıdılan novalçalar təmizlənib, həmçinin sıradan çıxmış novalçalar yenisi ilə əvəz olunub.

 

Həmçinin şəhərdə 3 doqquz mərtəbəli yaşayış binasının fasad örtüyünün şüşə üzlükləri yuyularaq təmizlənib.

 

Görülən işləri  razılıq hissi ilə qarşılayan sakinlər son illər respublikamızda, eləcə də Naftalan şəhərində aparılan abadlıq və quruculuq işlərinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir