Modern.az

İranda son sutkada koronavirusdan 148 nəfər ölüb

İranda son sutkada koronavirusdan 148 nəfər ölüb

2 İyul 2020, 15:00

İranda ötәn sutka әrzindә daha 2 652 nәfәr koronavirusa (COVID-19) yoluxub. Modern.az-ın məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.

S.Sadat Larinin sözlərinə görə, belәliklә İranda bu virusa yoluxanların sayı 232 863 nәfәrә çatıb.

 

Sadat Lari әlavә edib ki, İranda ötәn 24 saat әrzindә daha 148 nәfәr koronavirusdan ölüb. Bununla da İranda bu virusdan ölәnlәrin sayı 11 106 nәfәrә yüksәlib.

Nazirlik rәsmisi indiyәdәk 194 098 nәfәrin koronavirusdan sağaldığını deyib. İranda indiyәdәk 1,71 milyondan çox diaqnoz testi hәyata keçirilib.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı