Modern.az

Dizayn ixtisasında təhsil almaq istəyənlərə UNEC-dən yeni fürsətlər

Dizayn ixtisasında təhsil almaq istəyənlərə UNEC-dən yeni fürsətlər

2 İyul 2020, 16:10

UNEC-də “Dizayn” ixtisasına qəbulda yenilik tətbiq olunacaq.

 

Modern.az xəbər verir ki, yeni qaydalara əsasən, 2020/2021-ci tədris ili üzrə UNEC-in “Dizayn” ixtisasını seçən abituriyentlər qabiliyyət imtahanı verməyəcəklər. Həmin ixtisasa qəbul 11-ci sinif üzrə buraxılış imtahanlarının  nəticələrinə əsasən aparılacaq.

 

UNEC-in “Dizayn” ixtisasına qəbul olunan abituriyentlər üçün daha fürsət isə modern memarlıq elementləri ilə zəngin olan yeni kampusda təhsil almaq imkanıdır. Yeni tədris binasında müasir standartlara cavab verən auditoriyalar, mühazirə otaqları, laboratoriyalar, yeməkxana, idman zalı, kitabxana, böyük və kiçik konfrans zalları bu ildən tələbələrin istifadəsinə veriləcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?