Modern.az

“Sevişmək qadağandır!” - Həkim virusa yoluxmaq riskindən DANIŞDI

“Sevişmək qadağandır!” - Həkim virusa yoluxmaq riskindən DANIŞDI

2 İyul 2020, 17:08

Tanınmış həkim Vasif İsmayıl deyir ki, COVİD 19 infeksiyasına yoluxmamağın tək yolu sosial izolyasiyadır.

 

Modern.az xəbər verir ki, o, bu barədə fikirlərini sosial şəbəkədə paylaşıb:
 

"Sevişmək qadağandır.

Azərbaycanda virus epidemiyası mümkün olan bütün sərhədləri aşdı. Sosial məsafə çöldən evinizə qədər girdi. Evdən gündə bircə dəfə də olsa çölə çıxan biri varsa, risk yenə də yuxarıdır.

Artıq sadəcə çöldəkilərlə deyil, eyni zamanda ev əhalisi ilə də sosial məsafə saxlayacaqsınız.

Uşaqları öpərək qarşılamağa bir müddət (ən az 2 ay) ara verəcəksiniz.

Yaşlılarla öpüşərək görüşməyə bir müddət (ən az 2 ay) ara verəcəksiniz.

Sevişmək qadağandır.

Çöldə isə özünüzü kosmonavt kimi aparacaqsınız. Bunu necə edəcəyinizi bilmirəm. artıq orasını da özünüz düşünün".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi