Modern.az

Prezident istefa verməkdən imtina etdi

Prezident istefa verməkdən imtina etdi

2 İyul 2020, 17:35

Tanınmamış Kosovo Respublikasının prezidenti Haşim Taçi hərbi cinayətlərdə və yüzlərlə insanın öldürülməsində ittiham edildiyi üçün istefa verməkdən imtina edib. Bu haqda o, “Facebook” səhifəsində dərc etdiyi müraciətində bildirib.  

Modern.az-ın məlumatına görə, Taçi növbəti addımları ilə bağlı siyasi liderlərlə məsləhətəşəcəyini deyib. Əgər hərbi cinayətlərlə bağlı ittihamlar təsdiqlənərsə, onda o istefa verəcək.

İyunun 24-də Haaqada Kosovodakı hərbi cinayətlərin araşdırılması üzrə tribunalda Taçinin hərbi, həmçinin yüz ölüm hadisəsi, çoxsaylı işgəncələr, qaçırılma və təqiblər də daxil olmaqla insanlığa qarşı cinayətlərdə ittiham olunduğu bildirilib. Onunla yanaşı doqquz keçmiş döyüşçüyə qarşı da ittihamlar irəli sürülüb.

Haşim Taçi Serbiyadan müstəqillik istəyən Kosovo azadlıq ordusunun qurucusudur. 2016-cı ildə o, respublikanın prezidenti olub.

Twitter
Sizə yeni tvit var
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi