Modern.az

ABŞ-ın Nümayəndələr palatası Çinə qarşı sanksiyaları məqbul saydı  

ABŞ-ın Nümayəndələr palatası Çinə qarşı sanksiyaları məqbul saydı  

2 İyul 2020, 17:37

ABŞ Konqresinin Nümayəndələr palatası Honkonqun milli təhlükəsizliyi barədə qanunun qəbul edilməsilə əlaqədar olaraq Çinin rəsmi nümayəndələrinə qarşı sansiyaların tətbiq edilməsi haqda qanun layihəsini yekdil olaraq təsdiqləyib.


Modern.az xəbər verir ki, “The Independent” nəşrinin məlumatına görə, sanksiyalara müxalifətlə mübarizə aparan polis əməkdaşları, həmçinin çinli məmurlarla işbirliyi quran banklar məruz qala bilər.


Qanun layihəsi tamamlandıqdan sonra Senata səsverməyə çıxarılacaq, daha sonra isə imzalanmaq üçün ABŞ prezidenti Donald Trampa təqdim ediləcək.


Honkonqun Milli təhlükəsizliyi haqqında qanun iyunun 30-da qüvvəyə minib. Sənəddə əsas dörd növ cinayət üzrə cəza nəzərdə tutulub: separatçı fəaliyyət, dövlət hakimiyyətinin sarsıldılması, terror fəaliyyəti, milli təhlükəsziliyə zərbə vurmaq məqsədilə xarici ölkələr və qüvvələrlə əlbirlik.


1997-ci ildə Böyük Britaniya Honkonqu “Bir ölkə-iki sistem” şərtləri ilə Çinə vermişdi. Şəhər 2047-ci ilə qədər muxtariyyətini, sakinləri isə söz və toplaşma azadlığı daxil olmaqla geniş siyasi hüquqlarını saxlamalı idi. Bu öhdəlikləri pozduğuna görə Avropa Parlamenti Avropa Birliyini Çini Haaqa beynəlxalq məhkəməsinə verməyə çağırıb.     

     

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir