Modern.az

“Məqsədimiz Azərbaycandan Əfqanıstana enerji dəhlizini yaratmaqdır” - Əfqanıstan Prezidenti

“Məqsədimiz Azərbaycandan Əfqanıstana enerji dəhlizini yaratmaqdır” - Əfqanıstan Prezidenti

2 İyul 2020, 20:59

“Təhlükəsiz sistem üzərindən informasiya mübadiləsi çox mühüm əhəmiyyət kəsb edir. Bizim investisiyamız var və mən sonra bu məsələyə təkrar qayıdacağam. Biz Əfqanıstanda 8 ərazidə quru limanlar yaradırıq. Bu baxımdan iki liman - Akina və Toraqundi limanları hazırdır. Biz həm Azərbaycanın özəl sektoru, həm də Türkmənistanın dövlət sektoru ilə birgə əməkdaşlıq etməyə hazırıq. İkinci məsələ ondan ibarətdir ki, biz çox mühüm ticarət və enerjini inkişaf etdirmişik. Məqsədimiz Azərbaycandan Əfqanıstana enerji dəhlizini yaratmaqdır. Potensialda onu Pakistan və Hindistana genişləndirməkdir - Türkmənistan-Əfqanıstan-Pakistan-Hindistan qaz boru kəməri tamamlanana qədər orada gördüyümüz işlərə müvafiq olaraq”.

Modern.az  xəbər verir ki, bunu Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qani Azərbaycan Prezidenti İlham Əliyev və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovla videokonfrans vasitəsilə görüşü zamanı bildirib.

“Bizim üçün maraqlı olan məsələ odur ki, enerji alışının növləri rəqabət xarakterli deyil, əksinə, bir-birini tamamlayır. Biz Azərbaycandan neft əldə edirik, dizel yanacağını və təbii qazı Türkmənistandan alırıq. Prezident Əliyev, Sizin göstərişinizə əsasən SOCAR bizimlə müqavilə bağlamışdır ki, tapşırığınızla Azərbaycandan Türkmənistana gedən axının proqnozlaşdırılması təmin olunsun”, - Ə.Qani deyib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi