Modern.az

ABŞ-da yeni ANTİREKORD: Bir gündə 50 min insan virusa yoluxdu

ABŞ-da yeni ANTİREKORD: Bir gündə 50 min insan virusa yoluxdu

2 İyul 2020, 21:39

Koronavirusun ABŞ-a gəlməsindən bəri ilk dəfə ölkə boyu bir gün ərzində yoluxanların sayı 50 min olub.

Modern.az xəbər verir ki, "Covid İzləmə Layihəsi"` çərşənbə günü yoluxma hallarına görə, Kaliforniya 9 min 740 nəfərlə birinci yerdə olub. Texas 8 min 776 halla ikinci, Floridanın cənub-şərq regionu 6 min 563 halla üçüncü yerdə olub. Arizona ştatının cənub-qərb regionunda isə 4 min 877 nəfər yoluxub.

Çərşənbə günü koronavirusa bir günlük yoluxma halları ən çox Alyaska, Corciya, Luiziana, Şimali Karolina və Tennessi ştatlarında olub.

Yeni yoluxma halları 8 ştatda çoxsaylı insanın xəstəxanalara yerləşdirilməsi ilə müşayiət edilir. Təkcə Texasda iyunun 1-də 6 904 xəstə qəbul edilib. Ölkənin bu ən böyük ştatlarından biri olan Texasda böhran vəziyyəti yaranıb.


Kaliforniyada yoluxma hallarının sürətlə artması qubernator Qovin Nyusomun barları, teatrları, restoran daxilində yeməklər də daxil olmaqla, 19 mahalda sərt məhdudiyyətləri yenidən bərpa etməyə məcbur edib.

Nyu-York ştatının meri Bill de Blasio şəhərə başqa ştatlardan gələn insanların virusu gətirmə ehtimalı üzündən qapalı yeməkxanaları açmağı planını təxirə salıb. Pensilvaniya ştatınn qubernatoru Tom Volf hər kəsin məcburi olaraq üz maskaları taxması ilə bağlı çərşənbə günü sərəncam verib.


Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi