Modern.az

İtaliyada koronavirusdan ölənlərin sutkalıq sayı 30 nəfərədək azaldı

İtaliyada koronavirusdan ölənlərin sutkalıq sayı 30 nəfərədək azaldı

3 İyul 2020, 00:13

İtaliyada ötən sutka ərzində yeni növ koronavirusdan daha 30  nəfər ölüb.

Modern.az xəbər verir ki, bu barədə ölkənin Mülki Müdafiə Departamentindən bildiriblər.

Məlumata əsasən, bununla da İtaliyada koronavirusdan ölənlərin sayı 34 818 nəfərə çatıb.

Son sutka ərzində daha 200 nəfərdə koronavirus infeksiyasına yoluxma faktı təsdiqlənib.

Bildirilir ki, son sutka ərzində koronavirusa yoluxanların sayı artaraq 240 961  nəfər təşkil edib.

Bu gün 366 nəfərin sağalaraq evə buraxıldığı bildirilib. Hazırda ölkədə virusa yoluxan 15 000-dən çox aktiv xəstə var.

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır