Modern.az

Azərbaycanın diplomatları arasında da koronavirusa yoluxma olub - RƏSMİ

Azərbaycanın diplomatları arasında da koronavirusa yoluxma olub - RƏSMİ

3 İyul 2020, 10:10

“Xaricidəki diplomatik nümayəndəliklərimizdən bir nəfərdə COVID-19 virusu aşkarlanıb”.

Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva məlumat verib.

XİN rəsmisi bildirib ki, hazırda həmin şəxsin vəziyyəti yaxşıdır: “Həmin şəxs müalicə olunub və hazırda işinin başındadır”.

Qeyd edək ki, bundan öncə Azərbaycanda digər rəsmi qurumlarda - Əmək və Əhalinin Sosial Müdafiəsi, Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər nazirlikləri, “Bakı Metropoliteni”, ''Azərsu''da koronavirusa yoluxma halları qeydə alınıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir