Modern.az

İranlı Mühacirlər Cəmiyyəti 20 Yanvar, Xocalı faciələrini anacaq

İranlı Mühacirlər Cəmiyyəti 20 Yanvar, Xocalı faciələrini anacaq

15 Yanvar 2010, 12:56

Yanvarın 20-də Bakıda və ölkənin digər şəhərlərində, rayonlarında şəhid məzarlarını ziyarət edən izdihama Azərbaycanda yaşayan iranlı mühacirlər və onların ailə üzvləri bir daha qoşulacaqlar. Onlar Azərbaycanın müstəqilliyi uğrunda canlarını fəda etmiş insanların, həmcinin respublikanın ərazi bütövlüyünün qorunması naminə döyüşlərdə həlak olanların da məzarları, şərəflərinə uçaldılan abidələr ömünə tər qərənfillər düzəçək, ölməz əməllərinə ehtiramlarını bildirəçəklər.

“Şəhidlik azadlıq və demokratik hüquqlar uğrunda mübarizənin simvolu, şəhadətsə əbədiyaşarlığın rəmzidir. Bu hisslər bizə 64 il əvvəlin “21 Azər” hərəkatının məğlubiyyətindən sonra verdiyimiz 30 min nəfər şəhidlə bağlı duyğulardan da doğmadır. Müstəqil Azərbaycan Respublikasının suverenliyi də bu yoldan keçib. Biz fəxr edirik ki, iranlı mühacirlər tarixin sərt sınaqlı məqamlarında öz qardaş və baçıları ilə ciyin-ciyinə dayanıblar. Onların sırasında 1990-ci ilin yanvarındakı rəşadətə görə fəxri ada layiq görülənlər var”-deyə İranlı Mühacirlər Cəmiyyətinin sədri Əmirəli Lahrudi Modern.az-a göndərdiyi məktubunda bildirib.

Onun sözlərinə görə, Qarabağ vuruşlarında qəhramancasına şəhid olan mühacir övladlarından Cinqiz Kəriminin Bakıda, Azər Əliyevin Salyanda, Aslan Müqqədəminin Şirvanda, Noel Ahəngərinin Minqəçevirdə, Fərahim Çabukinin Şəkidəki məzarları da ziyarət olunacaq. “Əlavə edim ki, işğalçı erməni təcavüzünə məruz qalmış Dağlıq Qarabağ camaatı ilə birlikdə Xocalı, Şusa və Ağdamda məskünlaşan iranlı mühacirlərə qarşı da vəhşiliklər törədilib. 24 nəfər öldürülüb, 18-i yaralanıb, 200 mühacir ailəsi özlərinin 2-ci yurd-yuvalarından didərgin düşüblər. Milli hökümətin fədailəri olmuş Ağayar və Ağababa İmanilərin ailə üzvlərindən bir necəsi Xocalıda erməni işğalçıları tərəfindən qətlə yetiliriblər. İranlı Mühacirlər Cəmiyyəti fevralın ikinçi ongünlüyündə keçiriləçək tədbirdə Xocalı faciəsi qurbanlarının xatirələrini yenidən anmaq niyyətindədir”.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir