Modern.az

Bu ölkədə virusun “ikinci dalğası” başladı – 1 gündə 57 min yoluxma

Bu ölkədə virusun “ikinci dalğası” başladı – 1 gündə 57 min yoluxma

Dünya

4 İyul 2020, 08:57

ABŞ-da ötən sutka ərzində yeni növ koronavirusa rekord sayda yoluxma qeydə alınıb.

 

Modern.az xarici KİV-ə istinadən verdiyi məlumata görə, ötən sutka ölkədə koronavirusa 57 497 nəfər yoluxub. Bundan əvvəlki antirekord iyulun 2-si qeydə alınmışdı - 55 220 yoluxma faktı.

 

Təxminən 40 ştatda koronavirusa yoluxma hallarında artımın müşahidə edilməsi səbəbilə iyulun 4-ü Müstəqillik Günü bayramının qeyd edilməsi qismən ləğv edilib.

Bildirilir ki, son həftə ərzində rekord sayda yoluxma halları ABŞ-ın 16 ştatında qeydə alınıb. Ötən gün ən çox yoluxma halları Florida ştatında aşkarlanıb - 9 488.

Qeyd edək ki, Con Hopkin Universitetinin hesabatına əsasən, ABŞ-da koronavirusa yoluxanların sayı 2,79 milyonu ötüb, 129 430 nəfər vəfat edib.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı