Modern.az

Bəhram Bağırzadənin süni tənəffüs aparatından ayrılmağını gözləyirlər

Bəhram Bağırzadənin süni tənəffüs aparatından ayrılmağını gözləyirlər

4 İyul 2020, 10:36

“Bəhram Bağırzadənin süni tənəffüs aparatından ayrılacağı günü səbirsizliklə gözləyirik”.

 

Bunu Modern.az-a  Bəhram Bağırzadənin son sağlıq durumu barədə danışarkən Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini, tanınmış  ürək həkimi Rəşad Mahmudov bildirib.

O, qeyd edib ki, hər şey yaxşıdır.

 “Hər gün klinik vəziyyətində müsbət dinamika davam edir. Hələ ki, trakeostoma vasitesi ilə süni tənəffüs aparatında nəfəs alır. Ağciyər və bədənin reabilitasiyasına başlanılıb.

Müalicə həkimləri və hamımız süni tənəffüs aparatından ayrılacağı günü səbirsizliklə gözləyirik.

Bu arada fürsətdən istifadə edib "bu çətin günlərdə gərgin iş fəaliyyətinə baxmadan Bəhram Bağırzadə timsalında xəstəxanamızda müalicə alan yüzlərcə xəstənin müalicəsinin təşkilini daim diqqətdə saxlayan Mehriban xanıma xəstələrimiz və xəstəxanda çalışanlar adından sonsuz təşəkkür edirik”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir