Modern.az

Paşinyanın komandasının keçmiş üzvü: “Ermənistanı vətəndaş müharibəsi gözləyir”

Paşinyanın komandasının keçmiş üzvü: “Ermənistanı vətəndaş müharibəsi gözləyir”

4 İyul 2020, 11:12

Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin eks-direktoru, hazırda “Vətən” partiyasının sədri olan Artur Vanetsyan baş nazir Nikol Paşinyanı sərt dillə tənqid edib.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, Vanetsyan Paşinyanın ölkəöni vətəndaş müharibəsinə sürüklədiyini, daxildə bir-birini gözü götürməyən iki qütbün formalaşdığını söyləyib.

 

“Nikol Paşinyanın hakimiyyət dövrü Ermənisyan tarixində qeyri-müəyyənlik, fəlakətlər və dağıntılar dövrü kimi yadda qalacaq. Anarxiya şəraitində ölkənin bütün sahələrində uğursuzluqlar görünür. Dağılmış iqtisadiyyatı bərpa etmək olar, uçuruma yuxarlanmış sosial siyasəti və təhsili düzəltmək olar, dost ölkələrlə pozulmuş əlaqələri gücləndirmək olar. Amma dağılması bəpra oluna bilməyəcək məsələdən – ictimai həmrəylikdən danışmaq istərdim. İctimai həmrəylik olsaydı, bütün problemləöri asanlıqla həll edərdik. Amma Paşinyan öz əli ilə ictimai həmrəyliyi tədricən məhv edir, Ermənistan cəmiyyətində dərin konflikt yaranıb”.

 

 

Vanetsyan baş verənlərin Paşinyanın maraqlarına xidmət etdiyini əlavə edib.

“İctimai stuktur bu görünməz təhlekəyə görə tədricən zəifləyir. Proqnozlarıma görə son nəticədə ictimai qruplar arasında vətəndaşüharibəsi başlayacaq, cəmiyyət parlaçanacaq. Yəni bir-biri ilə fiziki cəhətdən də toqquşacaq 2 konfliktli qrup yaradılır. Və Paşinyan hakimiyyəti məhz bu toqquşma üzərində bərqərar olmaq istəyir. Əgər həmrəylik olmasa, Ermənistan məhv olacaq”.

 

 

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi