Modern.az

Daşkəsəndə 2 tondan çox narkotik məhv edilib 

Daşkəsəndə 2 tondan çox narkotik məhv edilib 

Aktual

4 İyul 2020, 12:00

Daşkəsən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən “Xaş–xaş 2020” əməliyyat-axtarış və profilaktik tədbirlər planına uyğun olaraq keçirilmiş əməliyyat tədbirləri nəticəsində rayonun Kəçərqaya kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli çətənə kolları aşkar edilib.

 

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Modern.az-a verilən məlumata görə, ümumi çəkisi 2442 kq olan 8432 ədəd çətənə kolu polis əməkdaşları tərəfindən kökündən çıxarılıb və yandırılaraq məhv edilib.

Faktla bağlı araşdırma aparılır.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır