Modern.az

AMEA-nın şöbə müdiri dünyasını dəyişdi

AMEA-nın şöbə müdiri dünyasını dəyişdi

Allah rəhmət eləsi̇n

4 İyul 2020, 14:55

AMEA-nın şöbə müdiri dünyasını dəyişib.

Modern.az-ın məlumatına görə, AMEA-nın Genetik Ehtiyatlar İnstitutunun İmmunogenetika şöbəsinin müdiri, biologiya üzrə elmlər doktoru Hacı Şıxlinski 68 yaşında vəfat edib.

 

Qeyd edək ki, Hacı Şıxlinskinin 238 elmi əsəri çapdan çıxıb. Xaricdə çıxan elmi əsərlərin sayı isə 90 təşkil edir. Hacı Şıxlinski 1952-ci ildə Qazax rayonunda anadan olub. O, Azərbaycan Dövlət Pedaqoji Universitetini bitirib. Azərbaycan SSR şəraitində üzümün rayonlaşdırılmış və yeni seleksiya formalarının filloksera və göbələk xəstəliklərinə davamlılığı mövzusunda namizədlik dissertasiyasının, Filloksera ilə zədələnmiş müxtəlif üzüm sortlarının köklərində mikroorqanizmlərin öyrənilməsi və kompleksdavamlı formaların aşkar edilməsi mövzusunda isə doktorluq dissertasiyasının müəllifidir.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı