Modern.az

5 iyul Diaspor Komitəsinin yarandığı GÜNDÜR

5 iyul Diaspor Komitəsinin yarandığı GÜNDÜR

Diaspor

5 İyul 2021, 09:48

Bu gün Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılmasının 19 ili tamam olur. 

 

Dövlətimizin, xalqımızın xarici ölkələrdə təmsil olunma payında diaspor təşkilatlarının üzərinə böyük məsuliyyət düşür. 

 

Dövlət Komitəsi bu işlərin koordinə edilməsində müstəsna rol oynayır və demək olar ki, artıq hər bir ölkədə azərbaycanlılar mütəşəkkil şəkildə fəaliyyət göstərirlər. Artıq siyasi düçüncəsindən asılı olmayaraq xaricdəki soydaşlarımız Vətən üçün, Azərbaycan üçün birgə fəaliyyət göstərirlər. Azərbaycan müstəqillik əldə etdikdən sonra dövlətin qarşısında duran əsas vəzifələrdən biri də xarici ölkələrdə yaşayan azərbaycanlıların təşkilatlanması, onların ölkəmizin ümumi maraqlarının müdafiəsi işinə cəlb edilməsi olub. 

 

2002-ci ilin 5 iyulunda Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev «Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması haqqında» Fərman imzalayıb. Fərman Azərbaycan diasporunun fəaliyyətinin mütəşəkkil qaydada əlaqələndirilməsi, dünya azərbaycanlılarının siyasi və ideoloji birliyinin təminatı baxımından müstəsna əhəmiyyyət kəsb edən mühüm tarixi sənəd idi. 

 

Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması bu sahədə olan problemlərin aradan qaldırılması istiqamətində əhəmiyyətli addımlar atmağa və Azərbaycan diasporunun fəaliyyətini milli maraqlarımızın gerçəkləşdirilməsi istiqamətində mərkəzləşdirməyə imkan vermişdi. Ötən dövrün ən mühüm hadisələrindən biri Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 19 noyabr tarixli 54 saylı sərəncamı ilə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin əsasında Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılması olub. Müasir dövrümüzdə diaspor anlayışı beynəlxalq münasibətlərin vacib elementinə çevrilir. Qloballaşan dünyamızın reallıqları diaspor quruculuğu sahəsində Azərbaycanın qarşısında yeni vəzifələr qoymaqdadır. Xalqlar arasında gedən sürətli inteqrasiya prosesləri, diaspor və lobbi təşkilatlarının beynəlxalq siyasətdə artan rolu bu sahədə daha genişmiqyaslı fəaliyyət göstərilməsini tarixi zərurətə çevirib. Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılması məhz bu zərurətdən irəli gəlib.

  

Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılması digər xalqların diaspor qurumları və müxtəlif ölkələrin bilavasitə bu sahəyə məsul olan dövlət orqanları ilə birbaşa əməkdaşlığın qurulması imkanlarını genişləndirir. Bu mənada Azərbaycan Respublikası Prezidentinin «Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılması haqqında» sərəncamı Azərbaycan Respublikasının diaspor quruculuğu işinə verdiyi önəmin daha bir parlaq təzahürü kimi qiymətləndirilməyə layiqdir.

Bir sözlə, müasir dövrümüzdə diaspor anlayışı beynəlxalq münasibətlərin vacib elementinə çevrilib.

Son illər Azərbaycan diasporunun işində canlanma nəzərə çarpır. Bu, xüsusilə Vətən müharibəsi zamanı özünü daha qabarıq biruzə verdi.

Azərbaycan diasporu 2020-ci ilin iyul ayında baş vermiş Tovuz döyüşləri və 44 günlük Vətən müharibəsi zamanı özünün fəaliyyətində indiyəqədərki ən yüksək zirvəsinə çatdı. Müharibə zamanı nümayiş etdirilən birlik bu sahədə çox şeyin mümkün ola biləcəyini göstərdi. Hərbi əməliyyatlar dövründə xaricdəki soydaşlarımız siyasi görüşündən, düşüncəsindən, yaşadığı ölkədən, çalışdığı yerdən asılı olmayaraq, milli birlik nümayiş etdirərək bütün imkanları ilə dövlətimizə və ordumuza dəstək göstərdi.

Təbii ki, müharibə dövründə də diasporun işinin koordinasiya edilməsi Dövlət Komitəsi tərəfindən həyata keçirilirdi.


Diasporla İş üzrə Dövlət Komitəsi bu gün xarici ölkələrdə azərbaycanlıların daha da mütəşəkkil təşkilatlanması məqsədilə ardıcıl tədbirlər görməkdədir...

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir