Modern.az

Polis “Fairmont Baku” otelində əylənənləri saxladı - FOTOLAR

Polis “Fairmont Baku” otelində əylənənləri saxladı - FOTOLAR

5 İyul 2020, 21:14

Daxili İşlər Nazirliyi “Fairmont Baku” otelində baş verən qanunsuzluqla bağlı məlumat yayıb.


Bildirilib ki, orada xüsusi karantin rejim qaydalarına əməl etməyən şəxslər saxlanılıblar.

DİN mətbuat xidmətindən verilən Modern.az-a verilən məlumata görə, paytaxtın Səbail rayonundakı oteldə xüsusi karantin rejim qaydalarına əməl olunmayan, sosial məsafənin, mövcud preventiv tədbirlərin şərtlərinin pozulması ilə müşayiət olunan görüntülərlə bağlı müvafiq nəzarət-profilaktik tədbir keçirilib.



Səbail RPİ əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə yayılan görüntülərdə əks olunan şəxslər müvafiq polis idarəsinə dəvət olunaraq barələrində inzibati tənbeh tədbiri tətbiq olunub. Saxlanılan şəxslərin hər biri ilə profilaktik, izahedici söhbətlər aparılaraq onların diqqətinə çatdırılıb ki, bu əməllər ölkədə tətbiq olunan epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin qaydalarına zidd olmaqla, insanların həyat və sağlamlığı üçün risk daşıyır. Onlar izahatlarında bu hərəkətlərindən səmimi peşimançılıqlarını ifadə ediblər.



Saxlanılan şəxslər İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq məsuliyyətə cəlb ediliblər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi