Modern.az

İlk beş ayda Azərbaycanda ölənlərin sayı... - SƏBƏBLƏR və RƏQƏMLƏR

İlk beş ayda Azərbaycanda ölənlərin sayı... - SƏBƏBLƏR və RƏQƏMLƏR

6 İyul 2020, 09:06

2020-ci ilin yanvar-may aylarında Azərbaycan Respublikası üzrə ölənlərin sayı 24 813 nəfər təşkil edib.

 

Bunu Modern.az-ın sorğusuna cavab olaraq, Dövlət Statistika Komitəsinin İnformasiya və ictimiayyətlə əlaqələr şöbəsinin müdiri Rafael Süleymanov bildirib.


Şöbə müdirinin sözlərinə görə, yanvarda 5177 nəfər, fevralda 5039 nəfər, martda 5792 nəfər, apreldə 4511 nəfər, mayda 4294 nəfər ölüb.

R.Süleymanov qeyd edib ki, son 5 ilin müqayisəsində ilk 5 ayda ən çox ölüm 2018-ci ildə qeydə alınıb:


“Müvafiq olaraq, 2016-cı ilin 5 ayında  24 300 nəfər, 2017-ci ilin 5 ayında 25 638 nəfər, 2018-ci ilin 5 ayında 25 277 nəfər, 2019-cu ilin 5 ayında isə 24 690 nəfər vəfat edib”.

 

DSK rəsmisi deyib ki, hesabat dövründə qan dövranı sisteminin xəstəliklərindən və yenitörəmələrdən ölənlərin sayı digər xəstəliklərdən ölənlərin sayına nisbətən daha çox olub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir