Modern.az

Azərbaycanın 9 milyonuncu vətəndaşı Naxçıvanda doğulub

Azərbaycanın 9 milyonuncu vətəndaşı Naxçıvanda doğulub

Təhsil

15 Yanvar 2010, 14:54

Yanvarın 15-də Azərbaycanın 9 milyonuncu vətəndaşı dünyaya gəlib.
Modern.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına ünvanlanmış məlumatına əsasən, 14 yanvar 2010-cu il tarixdə saat 23.00-dan başlayaraq Azərbaycan Respublikasının 9 milyonuncu sakininin dünyaya gəlməsi gözlənilirdi.
Səhiyyə Nazirliyi Tibbi yardımın təşkili şöbəsinin məlumatına görə, bu mühüm hadisə 15 yanvar 2010-cu il tarixdə saat 05.10-da Naxçıvan Muxtar Respublikasının Babək rayonu Cəhri kəndinin yaşayış qeydiyyatında olan Əhmədovlar ailəsində baş verib.
9 milyonuncu sakin olan uşaq 15 yanvar 2010-cu il tarixdə saat 05.10-da Naxçıvan Doğum Mərkəzində 2900 qram çəkisində, 50 santimetr boyunda oğlan cinsində doğulub. Ailənin 2-ci övladıdır.
Naxçıvan MR-nın Səhiyyə Nazirliyindən alınan məlumata əsasən, ana və 9 milyonuncu sakin sayılan uşağın vəziyyətləri qənaətbəxşdir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir