Modern.az

Tibb Universitetinin 57 əməkdaşı koronavirusa YOLUXDU

Tibb Universitetinin 57 əməkdaşı koronavirusa YOLUXDU

7 İyul 2020, 10:36

Son iki həftə ərzində Azərbaycan Tibb Universitetinin (ATU) 57 tibb işçisi koronavirusa yoluxub.

 

Bunu Modern.az-a açıqlamasında ATU-nun mətbuat katibi Günel Aslanova bildirib.

 

O qeyd edib ki, onlardan 33 nəfəri Tədris Cərrahiyyə Klinikasınının həkimidir.

 

Onun sözlərinə görə, həkimlərdən 6-sı sağalaraq evə buraxılıb: "27-sinin müalicəsi davam etdirilir. Hazırda müalicə alan həkimlərimizin 6-sının vəziyyəti ağırdır, 15-i orta ağır, digər 6 nəfəri isə yüngül vəziyyətdədir. Koronavirusa yoluxmuş həkimlərimiz öz klinikamızda elə öz həkimlərimiz tərəfindən müalicə olunur".

 

"Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası”nda isə 24 tibb işçisi koronavirusa yoluxub:

 

“Onlara həkim, tibb bacısı, sanitar xidmət əməkdaşları daxildir. Onlardan artıq sağalıb iş başında olanlar da var, müalicəsi bitib evə göndərilən də. Bəzilərinin müalicəsi davam edir”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putinlə görüşə gedir