Modern.az

Məhkəmə “İdeal” qəzetinin baş redaktoruna 13 il 3 ay iş kəsdi

Məhkəmə “İdeal” qəzetinin baş redaktoruna 13 il 3 ay iş kəsdi

15 Yanvar 2010, 15:31

Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmədə “İdeal” qəzetinin baş redaktoru Nazim Quliyevin cinayət işi üzrə proses yekunlaşıb və hökm elan olunub. Məhkəmənin hökmü ilə xuliqanlıqda, hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən baş redaktora 13 il 3 ay iş verilib. Hökmə əsasən, baş redaktorun əmlakı da müsadirə olunmalıdır və o, cəzasını xüsusi rejimli müəssisədə çəkəcək.

N.Quliyev Cinayət Məcəlləsinin 182.2, 182.2.3, 182.2.3, 221.1, 234.1 maddələri ilə təqsirli bilinib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?