Modern.az

Azərbaycanda daha 537 nəfər virusa yoluxdu - 7 nəfər öldü

Azərbaycanda daha 537 nəfər virusa yoluxdu - 7 nəfər öldü

7 İyul 2020, 18:56

Azərbaycan Respublikasında koronavirus infeksiyasına 537 yeni yoluxma faktı qeydə alınıb, 453 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 7 nəfər vəfat edib.

 

İndiyədək Azərbaycanda ümumilikdə 21 374 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 12 635 nəfər müalicə olunaraq sağalıb, 265 nəfər vəfat edib, 8 474 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi