Modern.az

Jurnalistlər prezidenti məhkəməyə verəcək 

Jurnalistlər prezidenti məhkəməyə verəcək 

Dünya

8 İyul 2020, 09:55

Braziliyanlın mətbuat assosiasiyası mətbuat konfransı zamanı jurnalistləri koronovirusa yoluxmaq riski ilə üz-üzə qoyduğu üçün ölkə prezidenti Jair Bolsonarunu məhkəməyə vermək niyyətindədir.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, iyulun 7-də Bolsonaru jurnalistlərlə şəxsi görüşü zamanı koronavirus testinin nəticələrinin müsbət çıxdığını bildirib. Prezident maskada olsa da, lazımı sosial məsafəni saxlamayıb. Sonra isə o, özünü yaxşı hiss etdiyini göstərmək üçün müxbirlərdən bir neçə metr uzaqlaşaraq, maskasını çıxarıb.

Assosiasiyanın bəyanatında bildirilir ki, prezident özünüizolasiya rejimini pozub və “cinayətkarcasına hərəkət edərək” jurnalistləri riskə məruz qoyub. Ölkə başçısı cərimə və həbs cəzasını nəzərdə tutan iki cinayət maddəsinin pozulmasında ittiham olunur. Bundan çıxış edərək, assosiasiya Bolsonarunu Ali məhkəməyə vermək fikrindədir.  

İlk vaxtlar 65 yaşlı Bolsonaru koronavirusun olduğunu inkar edirdi və infeksiya ilə mübarizə aparmaq üçün ciddi tədbirlər görmürdü. Bununla yanaşı o, COVID-19-un yayılmasına qarşı mübarizə məqsədilə ölkədə ticarət və xidmət sahələrinin məhdudlaşdırılmasını aktiv şəkildə tənqid edir.

Braziliya koronavirusa yoluxanların sayına görə dünyada ikinci yerdə gedir. Ölkədə 1,6 milyondan çox yoluxma qeydə alınıb. Onlardan 65 min nəfəri dünyasını dəyişib, qalanları isə sağalıb.      


A.Qorxmaz

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?