Modern.az

TQDK-nın Quba bölməsində elmi-metodiki seminarlar keçiriləcək

TQDK-nın Quba  bölməsində elmi-metodiki seminarlar keçiriləcək

Təhsil

15 Yanvar 2010, 15:45

Yanvarın 16-17-də Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) Quba regional bölməsində Komissiyanın məsul əməkdaşları, mütəxəssisləri, ekspertlərinin iştirakı ilə fizika,  Azərbaycan dili və ədəbiyyat, tarix və riyaziyyat fənləri üzrə elmi-metodiki seminarlar keçiriləcək.  
Qurumun mətbuat xidmətindən Modern.az xüsusi internet proqramlarının təbiqi sayəsində iclas salonundan TQDK-nın inzibati binası ilə canlı videobağlantı qurulacaq və müzakirələrə Komissiyanın rəhbərliyi də qoşulacaq. Tədbir iştirakçıları TQDK rəhbərliyinə qəbul imtahanlarının təşkili, imtahanda istifadə edilmiş test tapşırıqları, qəbul proqramları barədə fikirlərini, rəy və təkliflərini bildirəcək, onlar üçün maraq doğuran məsələlərə dair suallar ünvanlayacaqlar.   

Seminarların işində Quba, Qusar, Xaçmaz, Dəvəçi, Siyəzən və digər yaxın rayonların müəllimləri, təhsil ictimaiyyətinin nümayəndələri iştirak edəcəklər.

"Göründüyü kimi, müasir informasiya texnologiyaları coğrafi yerləşmənin məsafəsindən asılı olmayaraq, eyni vaxtda fikir mübadiləsi aparmaq, müxtəlif mövzularda təşkil olunmuş  müzakirələrdə iştirak etmək imkanı yaradır. TQDK-nın nəzdində fəaliyyət göstərən  elmi-metodiki seminarlar  bu imkanlardan geniş istifadə edərək, ölkənin ayrı-ayrı bölgələrində çalışan müəllimlərin, mütəxəssislərin elmi müzakirələrdə iştirakını təmin etmək üçün videokonfranslar təşkil edir. Bununla da, həmin konfranslarda iştirak etmək üçün uzaq yol qət etməyə, əlavə vaxt sərf etməyə ehtiyac olmur"-deyə TQDK-dan bildirilib. 

Seminarlarda müəllimlərə qəbul proqramlarındakı, dərsliklərdəki dəyişikliklər və əlavələr barədə məlumat veriləcək. 2009-cu ildə qəbul imtahanlarında istifadə edilmiş test tapşırıqları elmi-metodiki cəhətdən təhlil olunacaq. Bundan başqa, test tərtibi metodikası, testologiya ilə bağlı fikir mübadiləsi aparılacaq, hər fənnin xüsusiyyətinə uyğun olaraq test tərtibinə qoyulan tələblər ətraflı izah olunacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi