Modern.az

ABŞ-a məxsus təyyarə vuruldu

ABŞ-a məxsus təyyarə vuruldu

8 İyul 2020, 23:01

ABŞ-a məxsus təyyarə Venesuela sərhədini pozduğu üçün vurulub.

Modern.az xəbər verir ki, bu barədə Venesuela Silahlı Qüvvələri Strateji Komandanlığı məlumat yayıb.

Bildirilib ki, iyulun 8-ə keçən gecə ABŞ-a məxsus bir təyyarə Venesuela hava məkanında aşkarlanıb və hərbi təyyarədən endirilən zərbə nəticəsində zərərsizləşdirilib.

Sözügedən təyyarənin Havker-800 model olduğu və özəl bir şəxsə aid olduğu bildirilib.

Qeyd edək ki, həmin təyyarə bir gün öncə Meksikanın Toluka əyalətindən Quintana Roo sahillərində yerləşən Kozumel adasına uçuş həyata keçirib.

Twitter
Sizə yeni tvit var
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi