Modern.az

Rusiya 13 ölkə ilə hava uçuşlarını bərpa edir – Bəs Azərbaycan?

Rusiya 13 ölkə ilə hava uçuşlarını bərpa edir – Bəs Azərbaycan?

Dünya

9 İyul 2020, 17:34

Rusiyanın vətəndaşların istehlak və rifah hüquqlarını qoruyan “Rospotrebnadzor” qrumu 13 ölkə ilə aviasiya əlaqələrini bərpa etməyi təklif edib.

Modern.az Rusiuya KİV-nə istinadən xəbər verir ki, ilk mərhələdə - Böyük Britaniya, Macarıstan, Almaniya, Danimarka, İtaliya, Hollandiya, Norveç, Polşa, Finlandiya, həmçinin, Çin, Vyetnam, Monqolustan və Şri-Lanka daxil edilib.

 

“Rospotrebnadzor”un direktor müavini Mixail Orlov bu barədə Rosaviasiya və Nəqliyyat Nazirliyinə məktub ünvanlayıb.

Bu 13 ölkədə infeksion şəraitin mülayim olması barədə məlumat verib. Maraqlıdır ki, təklifdə Rusiyaya qonşu ölkələr, o cümlədən Azərbaycanın, həmçinin, Türkiyə və Misir kimi turizm ölkələrinin adı yoxdur.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!