OPEK+ ölkələri iyun ayında hasilatın azaldılması ilə bağlı götürdükləri öhdəliyi 108% yerinə yetiriblər.
Modern.az Beynəlxalq Energetika Agentliyinə istinadən xəbər verir ki, OPEK+ razılaşmasını imzalayan ölkələr iyunda ötən ayla müqayisədə hasilatı 2 milyon barrel də azaldaraq 33,4 milyon barrelə qədər geriləyiblər.
Rusiya öhdəliyini 100%, Azərbaycan 101%, Qazaxıstan 98%, Anqola 89%, İraq 89% yerinə yetirib.
Cığallıq edən, hasilatı üzərinə götürdüyü öhdəlikdən daha az icra edən Konqo (34%) şərtləri ciddi şəkildə pozub. OPEK+un digər üzvü Qabon isə, ümumiyyətlə, hasilatı azaltmayıb, əvəzində bir neçə milyon barrel artırıb.