Modern.az

Sabahdan qeyri-sabit hava şəraiti başlayır

Sabahdan qeyri-sabit hava şəraiti başlayır

15 Yanvar 2010, 17:31

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, yanvarın 15-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi, lakin axşam havanın tutqun olacağı gözlənilir.
Cənub küləyinin sürəti 6-11 m/s olacaq, axşam şimal-qərb küləyinin sürəti 7-12 m/s təşkil edəcək.
Havanın temperaturu gündüz 8-11, axşam 4-6 dərəcə isti olacaq.
Yanvarın 16-da hava şəraitinin buludlu keçəcəyi, arabir açılacağı, 15-dən 16-na keçən gecə və səhər bəzi yerlerdə zəif duman və çiskin olacağı , gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.
Şimal-qərb küləyinin sürəti 10-15 m/s olacaq, səhər arabir 18 m/s, günün ikinci yarsında 18-23 m/s, axşam yarmadanın bəzi yerlərində 25-28 m/s- dək güclənəcək. Havanın temperaturu gecə 3-5, gündüz 7-9 dərəcə isti təşkil edəcək.
Yanvarın 17-də hava şəraitinin buludlu və yağıntılı olacağı gözlənilir. Şimal küləyinin sürəti 15-20 m/s olacaq, 16-dan 17-nə keçən gecə və səhər arabir 23-25 m/s, yarmadanın bəzi yerlərində 28 m/s-dək güclənəcək, axşam 9-14 m/s-dək mülayimləşəcək. Havanın temperaturu gecə 2-4, gündüz 4-6 isti, axşam isə 0 dərəcəyə yaxın olacaq.
Yanvarın 18-də hava şəraitinin buludlu, arabir yağıntılı olacağı gözlənilir. Şimal-şərq küləyinin sürəti 8-13 m/s olacaq, gündüz cənub küləyinin sürəti 10-15 m/s, arabir 18-20 m/s-dək güclənəcək.
Havanın temperaturu gecə 2-5, gündüz 6-8 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında yanvarın 16-da gecə və səhər bəzi yerlərdə duman, çiskin, gündüz əsasən yağmursuz, lakin axşam ayrı-ayrı yerlərdə yağıntılı olacağı ehtimalı var. Şimal-şərq küləyinin sürəti 7-12 m/s olacaq, arabir 15-20 m/s, ayrı-ayrı yerlərdə 23-28 m/s-dək güclənəcək. Havanın temperaturu gecə 1-6, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 3-8 dərəcə isti olacaq.
Yanvarın 17-18-də bəzi yerlərdə yağıntılı olacağı dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Yanvarın 18-də gündüz əsasən yağmursuz, səhər ayrı ayrı yerlərdə duman olacaq. Şimal küləyinin sürəti 5-10 m/s olacaq, arabir 15-20 m/s-dək, cənub küləyinin sürəti 7-12 m/s, bəzi yerlərdə arabir 18-23 m/s-dək güclənəcək. Havanın temperaturu gecə 0-4, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 2-5 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti təşkil edəcək.

Milli Hidrometeorologiya Departamentinin xəbərdarlıq edib ki, yanvarın 16-da günün ikinci yarısından başlayaraq 19-dək ölkə ərazisində hava şəraitinin qeyri sabit keçəcəyi, fasilələrlə yağıntılı olacağı, yağıntıların bəzi yerlərdə sulu qara keçəcəyi, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Bəzi şimal və şərq rayonlarında yağıntıların intensiv olacağı ethimalı var. Temperatur tədricən 4-6 dərəcə aşağı enəcək. Yanvarın 16-17-də şimal küləyi 15-20 m/s, arabir 23-25 m/s, bəzi ərazilərdə isə 28 ms-dək güclənəcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır