Modern.az

Sarkozi müsəlman qadınların çarşab örtməsinin əleyhinədir

Sarkozi müsəlman qadınların çarşab örtməsinin əleyhinədir

Təhsil

15 Yanvar 2010, 17:50

Fransa prezidenti Nikola Sarkozi növbəti dəfə Fransada yaşayan müsəlman qadınların çarşabdan istifadə etməsinə etirazını bildirib. Modern.az-ın məlumatına görə, Fransada qadınların ictimai yerlərdə çarşab örtməsinin qadağan edilməsi ilə bağlı mübahisələr artıq bir neçə aydır davam edir. Son qərarı yanvarın sonunda parlament qəbul edəcək. Xarici mətbuat yazır ki, N.Sarkozi bildirib ki, parlament baş örtüyünün ləğvinin nə dərəcədə zəruri olduğunu müəyyən etdikdən sonra qərar qəbul edəcək.

Müsəlmanların ən çox yaşadığı Avropa ölkəsi olan Fransa hələ 2004-cü ildə dövlət idarələrində və məktəblərdə çarşabdan və İslamın digər rəmzi atributlarından istifadə olunmasını qadağan edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı