Modern.az

Tramp ABŞ-ın NATO-dan çıxmasına münasibət bildirib

Tramp ABŞ-ın NATO-dan çıxmasına münasibət bildirib

11 İyul 2020, 11:49

ABŞ prezidenti Donald Tramp “The Washington Post” qəzetinə verdiyi müsahibədə ölkənin NATO-dan çıxması ilə bağlı sualları cavablandırıb.

Modern.az xəbər verir ki, amerikalı lider Birləşmiş Ştatları NATO-dan çıxarmaq niyyətində olmadığını etiraf etsə də, təşkilata üzv-ölkələrin ödəniş etməsinin vacibliyini vurğulayıb:

“Elə ölkələr var idi ki, ümumiyyətlə heç nə ödəmirdilər, indi isə ödəməyə başlayıblar”.

Tramp öz müdafiəsi üçün pul ödəmək istəməyən ölkələri NATO-dan çıxacağı ilə hədələmədiyi halda onların yenə də ödəniş etməyəcəyini qeyd edib.

Bu günlərdə Ağ ev rəhbəri NATO üzrə tərəfdaş ölkələri tənqid edərək, onları ordunun saxlanılması xərclərini artırmağa çağırıb. Tramp təşkilata üzv ölkələrin hamısının öz öhdəliklərini yerinə yetirməyincə sakitləşməyəcəyini bildirib. Onun sözlərinə görə hazırda yalnız səkkiz NATO ölkəsi müdafiə xərclərini müəyyən edilmiş iki faiz səviyyəsinə çatdırıb. Prezident xüsusilə Almaniyanın hərbi xərclərindən narazıdır.       


A.Qorxmaz

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir