Modern.az

Ermənilər Qarabağ meşələrini kütləvi şəkildə qırır - FOTOFAKT

Ermənilər Qarabağ meşələrini kütləvi şəkildə qırır - FOTOFAKT

Qarabağ

11 İyul 2020, 14:29

Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ ərazilərində meşələrin qırılması davam edir. 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, ötən gün Kəlbəcər-Vardenis yolunun 2-ci kilometrliyində yük maşının sürücüsü saxlanılıb. Ermənistanın Tavuş vilayətindən olan sürücü işğal altındakı Kəlbəcərin Çərəktər kəndi yaxınlığında meşə sahəsindən kəsdiyi 13 kubmetr odunu satış üçün Yerevana aparan zaman saxlanılıb.  

 

Hazırda işğal altındakı ərazilərdə meşə sahələri nəzarətsiz şəkildə kəsilir və quru meşə odunu Ermənistana, oradan isə İran və s. ölkələrə satışa göndərilir.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar