Modern.az

Bill Geytsdən koronavirusla mübarizədə YENİ TƏKLİFLƏR

Bill Geytsdən koronavirusla mübarizədə YENİ TƏKLİFLƏR

11 İyul 2020, 16:57

Məşhur iş adamı, Microsoft şirkətinin keçmiş prezidenti Bill Geyts koronavirusla bağlı yeni təkliflər verib.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, iş adamı koronavirusa qarşı peyvənd və dərman vasitələrinin daha çox pul ödəyən ölkələrə deyil, bu yardıma ən çox ehtiyac duyan ölkələrə verilməsini önə çəkib.

“Əgər biz dərman və peyvəndi ən çox ehtiyacı olan yox, ən çox pul təklif edən ölkələrə və insanlara versək, bəşəriyyəti daha uzun müddətli, daha ədalətsiz və daha ölümcül virusla üzbəüz qoyacağıq”.

 

O, dünya liderlərinin biznes maraqlarından deyil, ədalət və bərabərlik faktorlarından çıxış etməsini məsləhət görüb. Geytsin fikrincə, indi hazırlanan yüzlərlə koronavirus vaksini ilk növbədə varlı ölkələr tərəfindən istifadə olunacaq və kasıb ölkələrə gec çatdırılacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir