Modern.az

İŞİD-dən hərbçilərə qarşı terror

İŞİD-dən hərbçilərə qarşı terror

Dünya

12 İyul 2020, 00:51

İraqın Diyalə şəhərində İŞİD tərəfindən Həşdi-Şabi qüvvələrinə qarşı bombalı hücum edilib.

Modern.az xəbər verir ki, bunu Həşdi-Şabi qüvvələrinin komandiri Əbu Tair deyib.

O bildirib ki, bombalı hücum Diyalə şəhərinin İranla sərhəd ərazilərində İŞİD-ə qarşı aparılan əməliyyatlar zamanı törədilib:

“İŞİD tərəfindən daha əvvəl yola yerləşdirilən bomba Həşdi-Şabi qüvvələrinə məxsus avtomobillərin keçidi zamanı partladılıb. Nəticədə 3 nəfər ölüb, 3 nəfər isə yaralanıb. Bundan başqa, 2 hərbi avtomobilə ziyan dəyib”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi