Modern.az

COVID-19 çimərlikdə yoluxmur

COVID-19 çimərlikdə yoluxmur

Dünya

12 İyul 2020, 12:51

Yeni növ koronavirus (COVİD-19) çimərlikdə çimən zaman yoluxmur.

 

Modern.az-ın "İnterfaks" agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya İstehlakçıların Hüquqları və Mənafelərinin Qorunması Sferasında Federal Nəzarət Xidməti (Rospotrebnadzor) məlumat yayıb.

 

Xidmət nəzərə çatdırıb ki, çimərkən koronavirusdan qorxmamaq lazımdır, virus  suda ölür: “Açıq su məkanları koronavirus infeksiyasının yoluxma mənbəyi sayıla bilməz. Açıq su məkanlarında Günəş şüaları virusu məhv edir. Belə yoluxma halı da indiyə qədər qeydə alınmayıb ”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir